EN

Azərbaycan və Qazaxıstan qarşılıqlı ticarətin həcmini artırılmaq niyyətindədirlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan qarşılıqlı ticarətin həcmini artırılmaqniyyətindədirlər.

Trend xəbərverir ki, bu barədə martın 3-də Azərbaycan Respublikasının Başnaziri Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi səfərdə olanQazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşüzamanı bildirilib.

Tərəflər iqtisadi-ticari əməkdaşlığın yüksək səviyyədə olmasınıalqışlayıblar. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən,qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkiledib, eyni zamanda, iki ölkənin iqtisadi inkişaf səviyyəsi vəpotensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcmininartırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyətitəsdiqlənib.

Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçünKompleks Proqramın icrasının vacibliyi qeyd edilib.

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources