EN

Əli Əsədov təyyarə qəzasının araşdırılmasındakı köməyə görə qazaxıstanlı həmkarına təşəkkür edib

Əli Əsədov təyyarə qəzasının araşdırılmasındakı köməyə görə qazaxıstanlı həmkarı Oljas Bektenova təşəkkür edib.

Əli Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.

Operativ media xəbər verir ki, o, minnətdarlığını Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşü zamanı dilə gətirib.

Həmçinin tərəflər prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.

Chosen
22
6
operativmedia.az

7Sources