EN

Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb - KREML

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentləri Donald Tramp arasında yeni təmas olmayıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp fevralın 12-də telefon danışığından sonra heç bir ictimai əlaqə saxlamayıb.

Qeyd edək ki, Ağ Evdə Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra Trampın Putinlə telefon danışığı apardığına dair məlumatlar yayılıb.

Chosen
92
7
azpolitika.info

8Sources