EN

3 mart - Ümumdünya Vəhşi Təbiət Günüdür

Ümumdünya Vəhşi Təbiət Günü vəhşi fauna və floranın gözəlliyini və müxtəlifliyini vurğulamaq, onların çoxsaylı faydaları haqqında maarifləndirmək, insan fəaliyyəti nəticəsində növlərin azalmasına qarşı mübarizənin vacibliyini xatırlatmaq məqsədilə qeyd olunur.

2025-ci ildə bu beynəlxalq günün mövzusu – “Vəhşi təbiəti mühafizənin maliyyələşdirilməsi: insanlara və planetə investisiya”dır. Məqsəd həm insanlar, həm də planet üçün dayanıqlı bir gələcək qurmaqdır.
Hazırda 1 milyondan çox növün nəsli kəsilmək təhlükəsi altındadır və planetimiz ekoloji böhranla üzləşir. Belə bir şəraitdə vəhşi təbiətin mühafizəsi üçün innovativ maliyyələşdirmə həmişəkindən daha aktual və təxirəsalınmaz məsələdir.

Ekologiya.az bildirir ki? vəhşi təbiətimizin unikallığını və əsrarəngiz gözəlliyini qorumaq üçün respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 yasaqlıq mövcuddur. 

Chosen
25
ekologiya.az

1Sources