Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada sinaqoq və metro stansiyasında terror cəhdinin qarşısının alındığını açıqlayıb. Hücumu planlaşdıran şəxsin Orta Asiya əsilli Rusiya vətəndaşı olduğu açıqlanıb.
FTX-nin məlumatına görə, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olan şəxsin Moskvada sinaqoq və metro stansiyasında terror aktı törətməyi planlaşdırdığı bildirilib: "Terrorçu hücumlardan sonra Əfqanıstana getməyi planlaşdırırdı. Bu şəxs Moskva bölgəsində saxlanılarkən təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək zərərsizləşdirilib”, – deyib.
Açıqlamada bildirilib ki, həmin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib.
FTX ötən il də Moskvada sinaqoqda törədilən terror aktının qarşısının alındığını bildirmişdi.