Bakı. Trend:
Fevral ayında Beynəlxalq səhnədə ABŞ, Çin, Avropa vədigər böyük iqtisadiyyatlarla ticarət əlaqələrində yaranangərginliklər dünya birjalarında qeyri-müəyyənliyə səbəb oldu vətəhlükəsiz liman axtarışında olan investorların qızıl, İsveçrəfrankı və Yapon yeni kimi valyutalara yönəlməsinə səbəb oldu.
Ötən ay Donald Tramp tərəfindən elan olunan yenitariflər ABŞ-ın xarici ticarət siyasətində kəskin dəyişiklikləryaratdı. Bu addım, xarici ticarət axınlarına mənfi təsir göstərərəkinvestor dollara olan etibarını zəiflətdi. Nəticədə, ABŞ dollarıfevralın əvvəli Forex bazarlarında major valyutalar qarşısındakəskin ucuzlaşdı. EURUSD 1.05$, GBPUSD 1.26$ hədlərinin üzərinəyüksəldi. USDJPY və USDCHF cütlükləri isə sərt enişlə yadda qaldı.Lakin, fevral ayının son həftəninin cümə axşamı və cümə günüAmerikada inflyasiya göstəricilərinin proqnozların üzərindəaçıqlanmasından sonra FED-in mart toplantısında faiz dərəcələrinisabit saxlayacağına dair ehtimalların güclənməsi fonunda dollarmajor valyutalar qarşısında kəskin bahalaşdı. EURUSD və GBPUSDməzənnələri müvafiq olaraq 1.03600 və 1.25600 hədlərinə kimigerilədi. Qızıl ötən ay ərzində ard-arda rekord qırmağa davam etdivə 2956$-a kimi yüksəldi. Lakin, fevralın 27-si və 28-i ABŞ-daartımla açıqlanan makroiqtisadi göstəricilər fonunda qiymətli metal2832$-a kimi ucuzlaşdı.
Önəmli makroiqtisadi göstəricilərlə zəngin olan carihəftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlərAvrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDMhesabatı və Avropa Mərkəzi Bankının faiz qərarı, ECB sədri KristinLaqartın, Böyük Britaniyanın baş bankiri Endryu Beylinin, FED sədriCerom Pavelin çıxışları olacaq.
Həftənin ən önəlmi xəbərləri arasında Amerikadaaçıqlanacaq əmək bazarı, xüsusilə də NFP hesabatı da yer alır.
Cari həftə Türkiyədə və İsveçrədə açıqlanacaq CPI,Avrozonada, İngiltərədə, Amerikada, Yaponiyada yayımlanacaq sənayevə xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ)göstəriciləri də birjaların diqqət mərkəzində olacaq.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarılirənin, Avstraliyanın ÜDM hesabatı isə AUD-un qiymətlərinə yönverə bilər.
Cümə axşamı günü keçirilməsi gözlənilən AvropaLiderləri Sammitində isə Avropanın Ukrayna ilə bağlı siyasivektorunun necə müəyyənləşdiyi maraq doğurur. Qeyd edək ki,investorlar və analitiklər “Ağ ev”-də yaşanan Donald TramplaUkrayna prezidenti Volodimir Zelenski krizindən sonra, Avropaliderlərinin Ukrayna ilə bağlı mövqeyinin necə dəyişməsindən asılıolaraq Ukrayna-Rusiya münaqişəsinin gələcəyinə dair ipuclarıarayacaqlar.
EUR
Ötən həftə ərzində 1.03600 səviyyəsinə qədər geriləyənEURUSD məzənnəsi cari həftəyə artımla start verdi. Hazırda valyutacütlüyü 1.4160 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada dərc olunacaq İstehlakQiymətləri İndeksi (CPI), ÜDM hesabatı və Avropa Mərkəzi Bankınınfaiz qərarı və AMB-nin sədri Kristin Laqardın çıxışları avronundünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsasxəbərlərdir.
GBP
Keçən həftəni 1.25600$ həddində tamalayan GBPUSDvalyuta cütlüyü hazırda 1.26000 səviyyəsində ticarət olunur.“Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlayabilsələr, funt-sterlinq də artım tendensiyası aktuallıq qazanabilər.
XAUUSD
Qızıl ötən həftə 2956$-a kimi yüksələrək tariximaksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metalsonradan geriləyərək həftəni 2832$ səviyyəsində tamamladı.
Hazırda, 2866$ həddində ticarət olunan “sarı metal”,həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dairqeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin həmqlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dairqorxular fonunda “güvənli liman” maliyyə aləti kimi çıxış edənqızılı dəstəkləyə bilər.