Fransa futbolunda gərginlik artıb.

Offsideplus.az xəbər verir ki, "Marsel"in baş məşqçisi Roberto De Zerbi və klub prezidenti Pablo Lonqoria sonuncu oyunları ilə bağlı hakimlik qərarlarını sərt şəkildə tənqid edib. "Oser"lə oynanılan matçda baş məşqçi hakim Ceremy Stinin qərarlarını kəskin şəkildə tənqid edib. O, bunları deyib:

"Korneniusun qırmızı kartı Fransa futboluna pis təsir edir. Hakim oyunun gedişatına mənfi təsir etdi. Fransa futbolunda hakimliklə bağlı problemlər var. Bundan sonra Fransa liqasında iş təklifi alsam qəbul etmərəm".

Bundan əlavə, Pablo Lonqoria daha sərt bir yanaşma nümayiş etdirib. FİFA və hakimləri korrupsiya ilə ittiham edib:

"Bu, korrupsiyadır, hər şey məqsədyönlüdür! Burada daha oynanmaz! Əgər Super Liqa qurularsa, mən orada olacağam!"

Qeyd edək ki, komanda hal-hazırda 49 xalla 2-ci yerdə qərarlaşıb.