EN

Ən böyük müdafiə büdcəsi olan ölkələr: İnfoqrafiya

Ötən il ABŞ müdafiəyə təxminən 1 trilyon dollar xərcləyib ki, bu da Ümümi Daxili Məhsulun (ÜDM) 3,4%-nə bərabərdir. NATO-ya üzv olan Avropa ölkələri və Kanada ÜDM-in orta hesabla 2%-ni müdafiəyə xərcləyib.

Herbiand.az bildirir ki, bu barədə yeni infoqrafika təqdim edən “Visual Capitalist” məlumat yayıb.

Şirkət hərbi və siyasi münaqişələri araşdıran məşhur tədqiqat mərkəzi olan və qərargahı Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarından istifadə edib.

Göründüyü kimi, Amerikanın müdafiə xərcləri ən böyük hərbi büdcəyə malik növbəti 10 ölkənin müdafiə xərclərini üstələyir. Soyuq Müharibədən sonra NATO-nun müdafiə büdcələri azaldığı halda, Rusiyanın hərbi xərcləri 2000-ci ildən bəri 227% artıb. Çində isə artım 566% təşkil edib.

Ukrayna da 14-cü yeri tutaraq ən çox müdafiə xərclərinə malik ölkələr siyahısına daxil olub. Polşa isə müdafiə büdcəsinin həcminə görə siyahıda sonuncu yerdədir.

Bəxtiyar CƏFƏRLİ



Chosen
16
48
herbiand.az

10Sources