EN

İlahiyyatçı: "Oruc tutmaq sağlam insanlar üçün vacibdir"

"Xəstəlikdən əziyyət çəkən və müxtəlif problemlər yaşayan insanlara oruc tutmaq vacib deyil. Həmçinin səfərdə olan insanlar oruc tutmamalıdır".

Bu fikirləri "Yeni Azərbaycan" a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O, qeyd edib ki, 70 yaşı keçmiş insanlara da oruc tutmaq vacib deyil: "Ümumiyyətlə, oruc tutan insan hər bir cəhətdən kamil olmalıdır. Qeyd edim ki, Ramazan ayında tutulan oruc insana fayda verməlidir. Eyni zamanda, oruc tuta bilməmək də bir nöqsan hesab olunmur. Çünki İslam dininə görə həmin insanlar gücləri yetəcəyi vaxtda bunu həyata keçirə bilərlər".

Havar Şəfiyeva

1Sources