EN

İran Mərkəzi Bankından 61 ton qızılın "yoxa çıxması" xəbərini yayan jurnalist həbs edilib

İran Mərkəzi Bankında külli miqdarda qızılın yoxa çıxması barədə məlumatı yayandan sonra ölkənin Mədəniyyət və KİV üzrə Prokurorluğu jurnalist Yaşar Soltaniyə qarşı cinayət işi başlayıb.

“Report” “fararu.com”a istinadən xəbər verir ki, məlumatı İslam Respublikasının məhkəmə sistemi yayıb.

Məlumata görə, Yaşar Soltani şəxsi saytında İran Mərkəzi Bankından bir ildə 61 ton qızılın “yoxa çıxması”na dair məlumat yayıb.

Bildirilib ki, prokurorluq ondan yaydığı xəbərlə bağlı dəlil-sübut tələb edib. Yaşar Soltani isə sənəd təqdim edə bilmədiyi üçün həbs olunub.

Chosen
15
report.az

1Sources