Ötən il ərzində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 65 layihəçi şirkət fəaliyyət göstərib.
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilin yekunlarına dair çıxışında bildirib.
O, həmin şirkətlərin böyük əksəriyyətinin yerli layihəçilər olduğunu qeyd edib:
"Konkret desək, əməkdaşlıq etdiyimiz 51 şirkət azərbaycanlı memarların təmsil olunduğu, 14-ü isə bir sıra xarici ölkələrdən olan şirkətlərdir. Onlar Qarabağ və Şərqi Zəngəzur regionunu əhatə edən yaşayış məntəqələrimizi müasir şəhərsalma prinsipləri əsasında daha gözəl və insanyönümlü planlaşdırmaq üçün bizə dəstək verirlər”.