EN

Komitə sədri: Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesinə 65 layihəçi şirkət cəlb olunub

Ötən il ərzində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 65 layihəçi şirkət fəaliyyət göstərib.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilin yekunlarına dair çıxışında bildirib.

O, həmin şirkətlərin böyük əksəriyyətinin yerli layihəçilər olduğunu qeyd edib:

"Konkret desək, əməkdaşlıq etdiyimiz 51 şirkət azərbaycanlı memarların təmsil olunduğu, 14-ü isə bir sıra xarici ölkələrdən olan şirkətlərdir. Onlar Qarabağ və Şərqi Zəngəzur regionunu əhatə edən yaşayış məntəqələrimizi müasir şəhərsalma prinsipləri əsasında daha gözəl və insanyönümlü planlaşdırmaq üçün bizə dəstək verirlər”.

Chosen
20
apa.az

1Sources