EN

Bakı klubu 30 ildən sonra fəaliyyətini bərpa etdi

1995-ci ildə maliyyə problemləri üzündən fəaliyyətini dayandıran Azərbaycan klubu yenidən bərpa edilib.

"Football-plus.az" xəbər verir ki, söhbət "İnşaatçı Bakı"dan gedir.

Klub Region Liqasının yeni mövsümündə çıxış edəcək. Bu haqda tanınmış məşqçi Adil Mahmudov öz "feysbuk" hesabı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, 1935-ci ildə yaradılan klub ilk Azərbaycan Kubokunun qalibidi. Bakı təmsilçisi 1992-ci ildə Mingəçevir təmsilçisi "Kür"ü məğlub etməklə bu uğura imza atıb.

Chosen
73
football-plus.az

1Sources