Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” – “Qarabağ” və “Neftçi” – “Sabah” görüşləri aprelin 2-də baş tutacaq. Qarşılaşmalar müvafiq olaraq saat 17:00-da və 19:30 da start götürəcək.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Mərdəkan. “Dalğa Arena”.
19:30. “Neftçi” – “Sabah”
Bakı. “Neftçi Arena”.