EN

"Komo"nun 20 yaşlı ulduzu 2 İngiltərə nəhənginin transfer hədəfidir

İtaliyanın "Komo" klubunun futbolçusu Niko Pasla karyerasını İngiltərə nəhəngindən birində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "CaughtOffside" yayıb.

Xəbərə görə, 20 yaşlı oyunçu "Arsenal" və "Mançester Siti"nin transfer hədəfidir.

Ötən yay "Real Madrid"ən transfer edilən argentinalının müqaviləsində "Kral klubu"nun onu 2025-ci ildə 8, 2026-cı ildə 9 milyon avroya almaq hüququna malik olduğu barədə xüsusi bənd var. Məhz bu məqam İngiltərə klublarını indilik gözləmə mövqeyi tutmağa məcbur edir.

Pas cari mövsüm "Komo"nun heyətində 25 matça çıxaraq 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
18
fanat.az

1Sources