Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Brüsselə gedəcək.
“Cebheinfo.az” xəbər verir ki, o, Avropa Parlamenti Sosialistlər və Demokratlar Qrupunun dəvəti ilə Belçikanın paytaxtına səfər edəcək.
Onun 5 martda keçiriləcək toplantıda da çıxış edəcəyi bildirilib. Özəl çıxışının ardından avropalı millət vəkillərinin suallarını cavablandıracaq.
CHP liderinin çıxışında Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Türkiyənin Avropa İttifaqına üzvlüyə dair mesajlar verməsi gözlənilir.