Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana 41 milyon ABŞ dollarıdəyərində 22,7 min ton plastmassa və onlardan hazırlanan məmulatlaridxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 4,4 milyon ABŞ dolları və ya 11,9%, həcmbaxımından isə və ya 1,4 min ton və ya 6,4% çoxdur.
Sözügedən məmulatların idxalı ölkənin 2025ci ilin yanvar ayıüzrə ümumi idxalında 2% paya malik olub.
Eyni zamanda bu ilin yanvar ayında Azərbaycandan 18,6 milyon ABŞdolları dəyərində 17,8 min ton plastmassa və onlardan hazırlananməmulatlar ixrac edilib.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində12,7 milyon ABŞ dolları və ya 40,5%, həcm ifadəsində isə 22,8 minton və ya 56,1% azdır.