EN

Neymardan "Barselona"ya jest

"Santos"un braziliyalı hücumçusu Neymar "Barselona"ya qayıtmaq üçün hər cür güzəştə getməyə hazırdır.

News24.az xəbər verirk ki, bu barədə COPE məlumat yayıb.

Bildirilir ki, braziliyalı "Barsa"ya keçmək üçün aşağı maaşa razı olacaq. Qeyd olunur ki, futbolçunun bu qərarı İspaniya klubunun maliyyə məhdudiyyətlərini nəzərə alaraq atılıb. Belə olan halda transferin reallaşma ehtimalı xeyli artacaq.

Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matçda iştirak edib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib./Publika.az


Chosen
115
50
news24.az

10Sources