"Sabah böyük gecə olacaq. Mən hər şeyi olduğu kimi danışacam".
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Bu paylaşımın Ukraynadakı vəziyyətlə əlaqədar olub-olmaması hələ məlum deyil.
Başqa bir paylaşımında isə Tramp özünü Ukrayna torpağının bir qarışını belə Rusiyaya verməyən ABŞ Prezidenti adlandırıb:
“Zəif və qeyri-effektiv demokratlar tənqid edəndə, feyk xəbərlər həvəslə yayılanda bu sözlərimi xatırlayın”.
Bizim.Media