"Zirə"nin qvineyalı vingeri Salifu Suma daha bir klubun transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, məlumatı "medias.net" portalı yayıb.
Xəbərə görə, adı "Finiks Rayzinq", Bolqarıstan MOİK-i, "Kayserispor"la yanaşı hallanan gənc futbolçunu "Fənərbağça" istəyir. Mənbə İstanbul nəhənginin "Zirə" ilə danışıq apardığını və "qartallar"ın tələb etdikləri 800 min avronu ödəməyə hazır olduğunu vurğulayıb. Keçidin bu yay reallaşacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Sumanın Azərbaycan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat