EN

Lionel Messi oynamadı: Rəqib komanda milyonlarla dollar ziyana düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano sıx oyun qrafiki səbəbindən Lionel Messini MLS çərçivəsində keçirilən "Hyuston Dinamo" ilə səfər oyununda (1:4) heyətə daxil etməyib.
Oxu.Az xəbər verir ki, Messinin istirahət etməsi meydan sahibi azarkeşlərinin narazılığına səbəb olub. Çünki MLS onun populyarlığından marketinq məqsədləri üçün istifadə edib, nəticədə bu matçın biletləri yüksək qiymətə satılıb.
Azarkeşlərin narazılığına cavab olaraq "Hyuston Dinamo" onlara qarşıdakı oyuna pulsuz bilet təklif edib. "Rəqiblərimizin heyətinə nəzarətimiz yoxdur, lakin azarkeşlərə təşəkkür etmək istəyirik", - deyə klub açıqlamasında bildirib.
Bu yolla "Hyuston Dinamo" milyonlarla dollar itirsə də, azarkeşlərinə qarşı biganə qalmayıb.
Qeyd edək ki, Messinin KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Çempionlar Liqasında "Kavalyers"ə qarşı matçda meydana çıxması gözlənilir.
Chosen
47
4
oxu.az

5Sources