EN

“Sabah böyük gecə olacaq”

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi gərgin görüşdən sonra diqqəti cəlb etməkdə davam edir.

Tramp “Truth Social” hesabında, “Ukraynanın heç bir torpağını Putinin Rusiyasına verməyən yeganə prezident Donald Trampdır. Zəif və təsirsizdir. Demokratlar tənqid edəndə və saxta xəbərlər onların dedikləri hər şeyi sevinclə yayımlayanda bunu xatırlayın”.

Tramp ikinci paylaşımında “Sabah böyük bir gecə olacaq. Mən hər şeyi olduğu kimi deyəcəyəm”,­ – açıqlaması ilə diqqət çəkib.

Bu açıqlamalarla nəyi nəzərdə tutulduğu bəlli olmasa da, Trampın Ukrayna müharibəsi və ABŞ-ın xarici siyasətinə dair mövqeyi ilə bağlı yeni açıqlamalar verəcəyi gözlənilir.

Chosen
50
1
vaxt.az

2Sources