EN

​“WhatsApp”da foto və videolarla bağlı yenilik -

“WhatsApp” status yeniləmələrində yenilik edib. Metbuat.az xəbər verir ki, yeniliyə əsasən status yeniləmələrinə stiker şəkilləri əlavə etmək mümkündür. Yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Yeni funksiyaya görə, istifadəçilər artıq həm fotolarına, həm də videolarına stikerlər əlavə edə biləcək. Bildirilir ki, stiker fotoşəkilləri funksiyası status yeniləmələrinin üzərinə yerləşdirilə bilən vizual elementlər kimi işləyir. İstifadəçilər paylaşdıqları foto və ya videolara əlavə vizuallar əlavə edərək, daha cəlbedici edə bilərlər.

Yeni xüsusiyyət istifadəçilərə müxtəlif forma seçimlər təklif edərək şəkilləri müxtəlif üsullarla redaktə etməyə imkan verir.

Chosen
20
metbuat.az

1Sources