EN

Almaniyada avtomobil izdihamın üzərinə sürüldü – Video


Almaniyanın cənub-qərbində yerləşən Mangeym şəhərində avtomobil izdihamın üzərinə sürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, qara yolsuzluq avtomobili şəhərin mərkəzində yüksək sürətlə hərəkət edib.
Mangeym Universitet Xəstəxanasının reanimasiya şöbəsində həyəcan təbili çalınıb.
“Bild” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən iki nəfərin öldüyünü, 14 nəfərin xəsarət aldığını bildirib.
Nəşrin məlumatına görə, avtomobil “Galeria Kaufhof” ticarət mərkəzinin yaxınlığındakı piyadaların keçdiyi ərazidə izdihamın üzərinə sürülüb. Hazırda ərazidə yarmarka da fəaliyyət göstərir. Bunun qəsdən hücum olub-olmadığı hələlik məlum deyil. Məlumata görə, avtomobilin sürücüsü saxlanılıb.
Mangeym polisi əlavə məlumat vermədən şəhərin mərkəzində əməliyyat keçirdiklərini bildirib. KİV-in məlumatına görə, Mangeymdə yollar və körpülər bağlanıb, helikopter şəhərin mərkəzi üzərində dövrə vurur.
Qeyd edək ki, bu, Almaniyada son üç ayda üçüncü izdiham hücumudur. Dekabrın 20-də Maqdeburqda Milad bazarında avtomobilin insanlara hücumu nəticəsində 5 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Alman ifrat sağçılarının tərəfdarı hücumda şübhəli bilinərək həbs edilib.
Fevralın 13-də avtomobil Münhendə həmkarlar ittifaqı mitinqinin iştirakçılarına çırpılıb, 28 nəfər xəsarət alıb. Polis Əfqanıstandan olan 24 yaşlı gənci saxlayıb.
Chosen
51
50
yeniavaz.com

10Sources