İspaniyanın Barselona şəhərində iki avtobusun toqquşması nəticəsində ən azı 34 nəfər xəsarət alıb.
Bu barədə El País məlumat yayıb.
“Hadisə nəticəsində 34 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır”, – məqalədə deyilir.
Zərərçəkənlər şəhər xəstəxanalarına çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.
Bundan əvvəl Boliviyanın cənub-qərbindəki Uyuni şəhərində iki avtobusun toqquşması nəticəsində 37 nəfər ölüb , 30-a yaxın adam yaralanıb.
DOĞRU.AZ