EN

Mahir Emreli 500 min avroya dəyir!

“Nürnberq”in futbolçusu Mahir Emrelinin Almaniyadan ayrılmaq niyyətindən xəbərdarsız.

Almaniyalı həmkarlarımızın iddiasına görə, “Nürnberq”in qapısını döyən “Seul” tələb olunan məbləği eşidəndə geri addım atıb. Söhbət 500 min avrodan gedir. “Transfermarkt”da isə Mahirin qiyməti 800 min avrodu.

Görəsən, 500 min avro Mahir üçün normal qiymətdi, yoxsa azdı və ya çoxdu? Bu sualı tanınmış menecerlərə ünvanladıq:

VaqifHeydərli:
“Bu barədə xəbərləri mən də oxumuşam. Mahir Emrelinin “Nürnberq”dəki çıxışına baxsaq, 500 min avro normal qiymətdi”.

Erkin İbrahimov:
“Burda bir çox amil var. Transfer qiyməti elə bir şeydi ki, kimsə istədiyi məbləği də qoya bilər. Buraxmıyıblarsa, deməli, Mahir “Nürnberq”ə lazımdı. Artıq Almaniyada “transfer pəncərəsi” bağlanıb”.

Xatırladaq ki, Koreyada qış “transfer pəncərəsi” martın 27-də bağlanacaq.

ƏSƏD SEYİDOV
Chosen
57
football-plus.az

1Sources