"Bayern" sağ cinah müdafiəçisi Yosip Stanişiç və Konrad Laymer ilə yoluna davam etməyi qərara alıb.
Offsideplus.az xəbər verir ki, klubun gələcək planlamasına əsasən Saşa Boenin yay "transfer pəncərəsi"ndə komandadan ayrılmasına icazə veriləcək. Bu barədə "Sky Sports" məlumat yayıb.
Fransalı oyunçunun Almaniya nəhəngi ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi Münhen təmsilçisinə "Qalatasaray"dan 30 milyon avro qarşılığında transfer edilmişdi.