EN

30 yaşında keçilməli olan testlər açıqlandı

PiylÉ™nÉ™nin artması ilÉ™ É™laqÉ™dar olaraq erkÉ™n ÅŸÉ™kÉ™rli diabet halları artır, ona görÉ™ dÉ™ 30 yaÅŸdan etibarÉ™n qanda qlükoza sÉ™viyyÉ™sinÉ™ nÉ™zarÉ™t etmÉ™k lazımdır. Tiroid bezinin vÉ™ziyyÉ™tini izlÉ™mÉ™k eyni dÉ™rÉ™cÉ™dÉ™ vacibdir, disfunksiya 20 ilÉ™ 40 yaÅŸ arasında baÅŸ verir. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail"ə Kral Ümumi Praktiklər Kollecinin keçmiş sədri, britaniyalı terapevt Kler Gerada məlumat verib.

Mütəxəssis izah edib ki, şəkərli diabet adətən 45-64 yaş arasında diaqnoz qoyulur, lakin son illər gənclər arasında daha çox rast gəlinir. Qan şəkərinizin səviyyəsini erkən izləmək, insulinin tənzimlənməsi ilə bağlı xroniki problemlərdən əvvəl pozulmuş qlükoza tolerantlığının əlaməti olan prediabetin müəyyən edilməsinə kömək edə bilər.

Doktor Gerada əlavə edib ki, 20-40 yaş arasında orqanın triiodotironin (T3) və tiroksin (T4) hormonlarını həddindən artıq çox istehsal etdiyi hipertiroidizmin inkişaf riski artır. Endokrin sistemdə bu cür nasazlıqlar metabolik pozğunluqlara səbəb olur, həmçinin orqan və toxumalara toksik təsir göstərir.

Həkim qeyd edib ki, 30 ildən sonra qalxanabənzər vəzin xərçənginə tutulma ehtimalı da artmağa başlayır. Ona görə də mütəmadi olaraq tibbi müayinələr aparılmalıdır.

Samir

Chosen
26
hit.az

1Sources