EN

Super Liqa: “Trabzonspor” Konyada xalsız qaldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Qaziantep” – “Eyüpspor” matçında meydan sahibləri qalib gəliblər. “Konyaspor” doğma meydanda “Trabzonspor”a, “Başakşəhər” isə “Sivasspor”a minimal hesabla qalib gəlib. Dörd qolluq “Göztəpə” – “Samsunspor” matçında isə qalib müəyyənləşməyib.

Beləliklə, 25 turdan sonra 65 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 61 xalla ikinci, “Samsunspor” 47 xalla üçüncü, “Beşiktaş” 44 xalla dördüncü, “Eyüpspor” 40 xalla beşinci pillədə qərarlaşıb. “Göztəpə” və “Başakşəhər”in 36, “Rizəspor”un 33, “Trabzonspor”, “Qaziantep” və “Kasımpaşa”nın 32, “Alanyaspor”un 31, “Antalyaspor”un isə 30 xalı var.

Türkiyə, Super Liqa
26-cı tur
1 mart

Adana Dəmirspor – Bodrumspor 0:0

Beşiktaş – Konyaspor 2:0
Qollar: Joao Mario, 45. Semih Kılıçsoy, 90+7-pen.

2 mart

Rizəspor – Alanyaspor 3:1
Qollar: Gezzal, 46. Sou, 71. Olavoyin, 85 – Şporar, 65-pen.

Kasımpaşa – Qalatasaray 3:3
Qollar: Ben Uanes, 52. Brekalo, 61. Hayradinoviç, 85-pen – Osimhen, 12-pen; 71. Lemina, 69.

Fənərbağça – Antalyaspor 3:0
Qollar: M.Müldür, 9. Tadiç, 26. En Nesiri, 30.

3 mart

Qaziantep – Eyüpspor 3:1
Qollar: Boatenqa, 52; 78. Okereke, 90+4 – T.Bingöl, 65.

Konyaspor – Trabzonspor 1:0
Qol: U.Nayir, 90+10-pen.

Başakşəhər – Sivasspor 1:0
Qol: D.Türüç, 9.

Göztəpə – Samsunspor 2:2
Qollar: Miroşi, 45+5. Juan Santos, 51 – Şindler, 67. Van Drongelen, 90+3.

Chosen
53
arena.az

1Sources