Avropanın Türkiyəsiz bir mühitdə qlobal oyunçu rolunu öz üzərinə götürməsi getdikcə çətinləşir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz Avropanın ayrılmaz bir hissəsiyik və Avropaya inteqrasiya prosesimizi strateji prioritet olaraq görürük. Avropanın Türkiyəsiz qlobal oyunçu kimi varlığını davam etdirməsi getdikcə çətinləşir",- deyə o qeyd edib.