EN

ABŞ Çin malları üçün idxal rüsumlarını artıraraq 20%-ə çatdırıb

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ikiqat artıraraq 10%-dən 20%-ə çatdırmaq qərarına gəlib.

APA xəbər verir ki, Trampın imzaladığı fərmanının mətnində bu addımın Çin hökumətinin ABŞ-a fentanil tədarükünü məhdudlaşdırmaq üçün atıldığı bildirilir.

"Mən belə nəticəyə gəlirəm ki, Çin qanunsuz narkotik böhranını yumşaltmaq üçün adekvat addımlar atmayıb və 14195 saylı İcra Sərəncamında təsvir olunan böhran həll olunmayıb", - sənəddə deyilir.

Chosen
61
1
apa.az

2Sources