EN

"Kiyev bu saziş üçün sülh müqaviləsini imzalamalıdır" - Skott  

Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi sazişin imzalanması sülh sazişinin təsdiqi olmadan mümkün deyil.

Parol.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “CBS News”a müsahibəsində deyib.

“Sülh müqaviləsi olmadan iqtisadi razılaşmanın olması mümkün deyil. İqtisadi razılaşmanın ilkin şərti Ukrayna rəhbərliyinin sülh sazişi bağlamaq istəyidir”, - deyə nazir qeyd edib.

Chosen
79
1
parol.az

2Sources