EN

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini azaltmağı nəzərdən keçirir

ABŞ hökuməti Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırması fonunda Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini və Ukrayna qoşunlarının təlimini azaltmaq məsələlərini də nəzərdən keçirir.

APA xəbər verir ki, bu haqda “Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbənin nəşrə verdiyi məlumata görə, Tramp çoxdan Ukraynaya yardıma şübhə ilə yanaşırdı.

Oval kabinetdə Volodimir Zelenski ilə yaşanan qalmaqal sadəcə bunu tətikləyən amil olub.

Chosen
72
50
apa.az

10Sources