EN

Hansı əlavələri "Omega-3"lə birgə qəbul etmək olmaz?

"Omeqa-3" kalsium, dəmir, mis və xrom tərkibli əlavələrlə eyni vaxtda qəbul edilməməlidir.

hakimiyyet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu tövsiyə ilə qastroenteroloq-terapevt Svetlana Yermakova çıxış edib.

Həkimin sözlərinə görə, "Omeqa-3"ün gündəlik tələbatı təxminən iki kiloqram balıq və ya dəniz məhsulunda olur:

"Lakin qida ilə bu miqdarda "Omeqa-3" qəbul etmək çətindir, ona görə də, o qida əlavəsi şəklində, yeməkdən 30 dəqiqə sonra qəbul edilməlidir.

"Həmçinin diqqət etmək lazımdır ki, kapsul və həb ağızda çeynənilməsin, bol su ilə qəbul edilsin" , - S.Yermakova qeyd edib.

Chosen
58
2
hakimiyyet.az

3Sources