Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir.
“İki sahil” xəbər verir ki, bunları Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib.
“Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”, - A.Hacızadə qeyd edib.
Mr. @Volker_Turk, appreciating the efforts for peace should not overshadow the full picture.
— Aykhan Hajizada (@Aykhanh) March 4, 2025
The pursuit of justice demands accountability for all who are either have been charged or convicted of war crimes, ethnic cleansing, military aggression, torture, and other serious… https://t.co/NdUea8i1BR