EN

Balıq yeyə bilmirəm deyənlər bunu yesin! Omega-3 mənbəyi, beyin dostudur

Balıq yeyə bilmirəm deyənlər bunu yesin!

Balqabaq toxumu sağlam qəlyanaltı axtaranlar üçün mükəmməl seçimdir. Omega-3 və sinklə zəngin olan bu tumlar ürək, beyin və immun sisteminə faydalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər gündə bir ovuc çiy balqabaq toxumu istehlak etməyi tövsiyə edirlər.

Faydaları:

Ürək sağlamlığı: Omega-3 tərkibi ürək xəstəliklərinin qarşısını alır.

İmmunitet dəstəyi: Zəngin sink tərkibi orqanizmin müqavimətini artırır.

Rahat yuxu: Triptofan sayəsində serotonin istehsalını artırır.

Sümük və əzələlər: Maqnezium mənbəyi kimi sağlamlığı dəstəkləyir.

Diabet riskini azaldır: Qan şəkərini tənzimləməyə kömək edir.

Prostat sağlamlığı: Fitosterollar prostat böyüməsinə qarşı qoruyur.

Antioksidant təsir: Hüceyrə zədələnməsinin qarşısını alır.

Balqabaq toxumunu çiy halda istehlak etmək daha faydalıdır. Sağlam qəlyanaltı seçimində mütləq nəzərə alınmalıdır!

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
16
e-saglam.az

1Sources