
Balqabaq toxumu sağlam qəlyanaltı axtaranlar üçün mükəmməl seçimdir. Omega-3 və sinklə zəngin olan bu tumlar ürək, beyin və immun sisteminə faydalıdır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər gündə bir ovuc çiy balqabaq toxumu istehlak etməyi tövsiyə edirlər.
Faydaları:
Ürək sağlamlığı: Omega-3 tərkibi ürək xəstəliklərinin qarşısını alır.
İmmunitet dəstəyi: Zəngin sink tərkibi orqanizmin müqavimətini artırır.
Rahat yuxu: Triptofan sayəsində serotonin istehsalını artırır.
Sümük və əzələlər: Maqnezium mənbəyi kimi sağlamlığı dəstəkləyir.
Diabet riskini azaldır: Qan şəkərini tənzimləməyə kömək edir.
Prostat sağlamlığı: Fitosterollar prostat böyüməsinə qarşı qoruyur.
Antioksidant təsir: Hüceyrə zədələnməsinin qarşısını alır.
Balqabaq toxumunu çiy halda istehlak etmək daha faydalıdır. Sağlam qəlyanaltı seçimində mütləq nəzərə alınmalıdır!
Tərcümə: Könül Oruc