EN

Dərman istehsalçıları Aİ-ni məhkəməyə verir

Yazını böyüt
Yazını kiçilt

Əczaçılıq istehsalçıları çirkli tullantı sularının təmizlənməsi üçün ödənilməli olan yeni vergi ilə bağlı Avropa İttifaqını (Aİ) məhkəməyə verməyə hazırlaşır. Onların fikrincə, digər sənaye sahələrindən də hesab sorulmalıdır.

Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, ilin əvvəlində qüvvəyə minən yeni qayda əczaçılıq və kosmetika sənayesindən mikroplastiklər və kimyəvi maddələr kimi çirkləndiricilərin şəhər tullantı sularından təmizlənməsi xərclərinin ən azı 80 faizini ödəməyi tələb edir.

Avropa Komissiyası bu xərcin ildə təxminən 1,2 milyard avro olacağını təxmin edir, Almaniyanın ətraf mühit agentliyi isə təkcə Almaniyada çirkab suların təmizlənməsinin yaxşılaşdırılmasının 1,25 milyard avroya başa gələ biləcəyini qeyd edir.

Chosen
33
1
hafta.az

2Sources