Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.