EN

Bitcoinlə ilk alış-verişi edən şəxs peşmandır - Hamı kriptovalyuta alsın?

Məhəmməd Əhmədzadə
       Kriptovalyuta mütəxəssisi

Bu gün bir çox şəxs kriptovalyuta ilə maraqlanır, “gərək mən də alım” deyir, amma böyük qisim almır. Bu istəyin gündəlik həyatımızda iş yoldaşlarımız tərəfindən, dost-tanış və yaxud adi yol ilə gedərkən istəmədən iki nəfərin söhbətinə qulaq yoldaşı olarkən eşitməmək mümkün deyil. “İlkin (ad şərtidir) 100 dollarlıq Doge coin, Trump coin və ya x adlı koin (coin) aldı, daha sonra qiyməti 100 dəfə qalxdı və yaxşı pul qazandı” kimi məsəllərə tez-tez rast gəlirik. Bəs əslində olan nədir?

Bunu tam anlamaq üçün bir qədər kriptovalyutalar, investisiya və risk menecment haqqında məlumat əldə etmək lazımdır.

Müasir kriptovalyuta sisteminin əsası 2008-ci ildə Bitcoin ilə qoyuldu. Bitcoinin yaradıcısı olaraq bilinən Satoshi Nakamota adının arxasında olanlar haqqında isə konkret kim və ya kimlərin dayanıldığı bu günki günə qədər bilinmir. Müasir dövrümüzdə az qala hər bir addımdan xəbər tutmağa qadir olan sistemlərin mövcudluğunun olduğu bir zamanda isə hələ də necə olur ki, müəyyənləşmir bir qədər sual doğurur.

Bitcoindən sonra tədricən bu cür proyektlərə marağın artması və daha fərqli proseslərin görülməsi təklifləri mövcud sistemə əlavə pul və beyin axının olmasına zəmin yaratdı. Belə ki, 2010-cu ildə 10.000 bitcoin qarşılığında dəyəri 41 dollar olan 2 pizza sifariş edən Laszlo Hanyecz tarixdə ilk bitcoinlə ödəniş edən şəxs  olsa da, bugünkü bazar qiymətlərinə görə çox peşmandır. İlk istifadəyə verildiyi illərdə 10 000 ədədi 41 dollar olan, yaradıcısının kim və ya kimlər olduğu bilinməyən bir aktivin hazırda 1 ədədinin qiyməti bəzən 100 000 ABŞ dollarına ticarət edilir. Nə qədər qlobal şirkətlər və milyonlarla insanlar tərəfindən gələcəkdə daha çox dəyər qazanacaq mifi yaradılsa da, artımın miqyası bizləri bu aktivlərə yatırım edərkən yaxşı-yaxşı düşünməyə vadar edir. Bu qədər sürətlə dəyər qazanmış aktivin bir günün içində yüzlərlə dəfə dəyər itirməsi də mümkündürş. Bunu heç bir halda unutmaq olmaz.

Belə bir deyim var “Axının əksi istiqamətində çox üzmək faydalı olmaz, bəzən axın istiqamətində üzmək lazımdır ki, istədiyin məntəqəyə daha tez çatasan”. Bu deyim isə bizə kriptovalyutaların verdiyi qazanc imkanları daxilində riskləri unutmamaq şərtilə əgər mümkündürsə, yaralanmaqda fayda var - fikrini xatırladır.

Bu risklərdən sığortalanmağın və gələcəkdə həm fiziki, həm mənəvi, həm də maddi çöküşün yaşanmaması üçün bəzi xırda görünən amma vacib məqamları bilməkdə fayda var. Belə ki, kriptovalyuta və ya rəqəmsal ticarət alətlərinə yatırım edərkən heç bir halda borc, kredit və bunun digər oxşar formalarından əldə edilmiş pulla investisiya etmək məsləhət deyil (Heç bir halda). Tarixdə Black Monday (Qara bazar ertəsi), Dot.com, Lehman Brothers, Covid və digər krizislər səbəbi ilə rəqəmsal aktivlərdə olan yatırımlar 5 və daha çox il ərzində investorların yatırım etdiyi qiymətlərə geri qayıtmadı. Əslində isə, investorlara bu yatımlar edilərkən qulağa xoş gələn, insanı eyforiya hissinə çatdıran vədlər verilirdi. Unutmaq olmaz ki, borc sahibləri gözləməyi çox sevmirlər. Bu səbəbdən pozisiyalar ya zərərlə bağlanılıb qismən borc ödənişləri edilir və ya balans idarəetməsi düzgün formalaşdırılmadığından bütün əməliyyat balansı sıfırlanır. O səbəbdən, yatırım edərkən ayırdığınız məbləğ sizi maddi sıxıntıya və ya depressiyaya salmayacaq məbləğlər olmalıdır. Unutmayın, siz əlavə pul qazanmaq üçün  investisiya edirsiniz, əlavə xərc və borclara düşmək, o cümlədən əsəb-sinir sisteminizin pozulması üçün deyil. Ayrılan büdcəyə gəldikdə isə, o artıq fərdlərə görə dəyişir. Kiminə görə 100 AZN ola bilər, kiminə görə daha böyük sıfırlarla zəngin rəqəmlər.

Əgər büdcəmiz imkan verirsə, kriptovalyuta almalıyıq. Çünki kriptovalyuta sahəsi ən riskli, eyni zamanda ən sürətli gəlir əldə etmək mümkün olan yatırım sahəsidir. Bir gecə də yatırım etdiyimiz aktiv səhər yuxudan oyandıqda bizi milyonçu da edə bilər. “Bilsəydim” və ya “Kaş ki” sözlərini deməmək üçün büdcəmizi sıxıntıya salmayacaq qədər almaqda fayda var.
Balansınızın hər zaman profitdə olması diləyi ilə növbəti yazılarda görüşənədək...

Chosen
18
valyuta.az

1Sources