EN

“Tramp Zelenskinin istefasını istəmir” - ABŞ-ın ticarət naziri

ABŞ prezidenti Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmaq üçün hansı vasitələrdən istifadə edə biləcəyini müəyyənləşdirmək niyyətindədir.

Herbiand.az bildirir ki, bunu amerikalı nazir deyir.

Ağ Evdəki mübahisədən sonra ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin istefasını istəmir.

“Xeyr, o, Ukrayna siyasətinə qarışmır. O, sülhməramlı olmaq istəyir”, - ABŞ-ın ticarət naziri Hovard Lutnik CNN telekanalına müsahibəsində Tramp haqqında deyib.

Tramp administrasiyasının növbəti potensial addımları və Ukraynaya yardımı kəsmək imkanlarından danışan amerikalı nazir deyib: “O (Tramp, - red.) bu məsələni mütləq nəzərdən keçirəcək. Nə edəcəyini və necə reaksiya verəcəyini diqqətlə düşünəcək”.

Onun sözlərinə görə, ABŞ prezidenti “Rusiyaya münasibətdə hansı vasitələrdən istifadə edə biləcəyini və onları danışıqlar masasına gətirmək üçün Ukraynaya münasibətdə hansı vasitələrdən istifadə edə biləcəyini müəyyənləşdirmək niyyətindədir”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
36
herbiand.az

1Sources