EN

Tiflisdə analartın yürüşü keçirilib

"Ona toxunma, o mənim uşağımdır!" — bu şüarla bu gün Tiflisdə Analar yürüşü keçirilib.

Herbiand.az gürcü mənbələrinə istinadən xəbər verir ki, yürüşün mərkəzində artıq üçüncü aydır ki, ölkə boyu davam edən genişmiqyaslı Avropayönlü etirazlarda həbs edilmiş iştirakçılarının valideynləri dayanır.

Aksiyanın şüarı çevik polislərin aksiyaları zorakılıqla dağıdarkən saxlanılan gənci sürüyüb aparması zamanı anasının “Ona toxunma, o mənim oğlumdur!” deməsindən sonra gündəmə gəlib.

Yürüş Gürcüstanda bu gün qeyd olunan Analar Gününə təsadüf edir, lakin əsas mövzu bütün vicdan məhbuslarının azadlığa buraxılması tələbidir.

Filarmoniyaya toplaşan minlərlə insan oradan parlamentə yollanıb. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili onlarla birlikdə yürüşdə iştirak edib.

Chosen
12
herbiand.az

1Sources