Rusiyada dəhşətli cinayətin üstü açılıb. Bu abrədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb. Qeyd edilib ki, Sankt-Peterburqda bir kişi içərisində insan qalıqları olan iki çamadan aşkar etdikdən sonra evli cütlük saxlanılıb.
İlkin məlumata görə, Leninqrad vilayətinin Murino şəhərində kişi və qadın tanışlarını qətlə yetiriblər. Onalr baş verən ağır cinayəti gizlətməyə çalışıblar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cütlük cəsədi parçalara ayırıb, çamadanlara qoyub və Neva sahilinə atıb. Qalıqları yerli sakinlərdən biri martın 1-də aşkar edib.
"Cütlük hazırda Sankt-Peterburqda deyil. Onlar tezliklə araşdırma işlərinə cəlb olunmaları üçün şəhərə gətiriləcəklər", - məlumatda qeyd edilib.
"Mash na Moyke" Telegram kanalı isə ərin Leninqrad bölgəsinə Moskvadan, arvadın Kareliyadan gəldiyini yazıb. Üstəlik, sonuncunun 2023-cü ilə qədər kişi olduğu iddia edilir. O, rəsmi olaraq cinsini dəyişdirib.
Tural