EN

Ucarda uşaq bağçasında yanğın baş verib

Ucar rayon Küçəkənd kənd körpələr evi - uşaq bağçasında yanğın baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, hadisə gecə saat 03:00 radələrində olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, müvafiq qurumlar tərəfindən araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Chosen
28
azedu.az

1Sources