EN

Petrosyanın arvadının 300 min kommunal borcu yaranıb

Məşhur komediya aktyoru Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunovanın kommunal xidmətlərə görə 300 min rubldan çox borcu yığılıb. Bu barədə "Life" "SHOT" Telegram kanalına istinadən məlumat yayıb. 


Telegram kanalının məlumatına görə, qadın Moskvanın mərkəzində yerləşən və 440 milyon rubl dəyərində olan elit mənzilində illərdir ki, mənzil-kommunal xidmətlər üçün ödəniş etməyibmiş.


Bruxunovanın adına iki mənzil var: biri Tverskoy rayonundakı Lesnaya küçəsində, ikincisi isə Xamovnikidəki “Sadovye kvartalı” yaşayış kompleksindədir: "Məhz sonuncunun hesabına xeyli borc yığılıb. Telegram kanalı onu da araşdıraraq öyrənib ki, Bruxunovanın 128 min rubl icarə haqqı, daha 179 min rubl əsaslı təmir haqqı, həmçinin mənzil-kommunal xidmətlərə təxminən 7 min rubl borcu yaranıb".

Tural

Chosen
8
news365.az

1Sources