EN

ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə Oval Ofisdə yaşanan gərgin mübahisənin ardından Ukraynaya edilən hərbi yardımların müvəqqəti olaraq dayandırılması qərarını verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ mediasına açıqlama verən və adları açıqlanmayan Ağ Ev rəsmiləri Trampın bu qərarının Ağ Evdə yaranan yeni siyasi atmosferlə bağlı olduğunu bildirib.

CNN-ə danışan bir Ağ Ev rəsmisi Trampın Ukrayna münaqişəsinin həllinə önəm verdiyini və bu səbəbdən yardımların müvəqqəti dondurulduğunu bildirib.

Başqa bir mənbənin sözlərinə görə, bu qərar hələ Ukraynaya çatmamış bütün silah və hərbi texnika üçün keçərlidir.

Bəzi Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp cümə günü yaşanan mübahisənin ardından Zelenskidən ictimaiyyət qarşısında üzr istəməsini gözləyirdi. Lakin Ukrayna lideri bunu etmədiyi üçün bu amil də qərarın verilməsinə təsir edib.

Chosen
22
50
turkic.world

10Sources