EN

Ruslar Xarkov vilayətində müdafiə xəttini yarıb

Ruslar

Rusiya hərbçiləri Xarkov vilayətinin Zaqrızovo kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb.

Reyting.az
-ın məlumatına görə, hərbi ekspert Andrey Maroçko TASS-a deyib ki, müdafiə xəttini yaran hərbçilər Oskol su anbarı boyunca irəliləyiblər.

"Ukrayna silahlı birləşmələrinin Zaqrızovodan cənub-qərbdə müdafiə xəttinin yarılması nəticəsində qoşunlarımız Oskol su anbarı boyunca 1 km-ə qədər irəliləməyə nail olublar. Rusiya Silahlı Qüvvələri Zaqrızovodan cənub-şərqdə təxminən 1,5 km uzunluğunda meşə zolağı zəbt edib", - A. Maroçko bildirib.

Hərbi ekspert əlavə edib ki, cəbhənin bu hissəsində irəliləyiş zamanı rus əsgərləri Lozovayadan qərbdə də iki meşə zolağı tutub və Novaya Kruqlyakovka istiqamətində 600 m-ə qədər irəliləyiblər. Juravka çayının hər iki sahilində də rus əsgərləri yeni mövqelər tutublar.

ELÇİN
Chosen
37
reyting.az

1Sources