İki gün əvvəl vəfat edən müğənni Edip Akbayramın illər əvvəlki müsahibəsində vəfatı ilə bağlı söylədiyi sözləri yenidən gündəm olub.
Far.Az xəbər verir ki, o sağlığında son mənzilə yola salınmağı ilə bağlı istəklərini açıqlayıb:
"Məni sevənlər və dostlarım son mənzilə alqışlarla yola salar. İstərsə də çiçəklərlə göndərərlər. Yaxud da heçnə etmədən də məni son mənzilə yola sala bilərlər. Bu onların öz seçimlərirdir".
Â
Xatırladaq ki, müğənni Edip Akbayram 75 yaşında dünyasını dəyişib. OI yanvarın 9-da yataqdan yıxılması nəticəsində daxili qanaxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bir gün sonra əməliyyat olunub.