EN

Aybəniz İsmayılova bu qədər qohumunu işə düzəldəndə ADY rəhbərliyi hara baxırdı... (?)

Menecerlərin səmərəli fəaliyyəti üçun onları dürüst müsabiqə yolu ilə işə götürmək və onun fəaliyyətini stimullaşdırmaq lazımdır

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz Rafik qızı İsmayılovanın ADY-də hələ də çalışan ona yaxın olanların və qohumlarının siyahısı məlum olub. Məlumata görə, bu şəxslər qurumda yüksək vəzifə tuturlar.

Düzü, çox maraqlı və tanış mənzərədir. Azərbaycanda nepotizm (qohumbazlıq) həm özəl, həm də dövlət sektorunu öz ağuşuna alıb. Özəl sektorda bunun müşahidə edilməsi o qədər də qorxulu deyil. Bu səktorda rəqabət mühitinin formalaşmasi nepotizmi - yəni qohumbazlıği süpürüb ata bilər.

Belə ki, rəqabətli mühitdə sahibkar öz inkişafını, rəqib üzərində üstünluklər əldə edilməyi hədəf kimi qarşıya qoymağa məcburdur. Əks təqdirdə rəqib onu üstələyə, beləliklə onu bazardan sıxışdıraraq gəlirlərini azalda, hətta müflisləşdirə bilər. Rəqabətli mühitdə işləyən sahibkar bu səbəbdən şirkəti üçün daha yüksək qabiliyyəti olan mütəxəssisləri və bacarıqlı işçiləri işə götürməyə məcburdur. Belə bir şəraitdə sahibkar heç vaxt ixtsaslı, iş bacaran kadrları kənarda qoyub, bacarıqsız qohumunu işə götürməz. Çünki həmin bacarıqsız qohumu həm ona yük olacaq, həm də şirkətin inkişafına töhfə verməyəcək. Beləcə, rəqabətli iqtisadi mühitdə çalışan özəl sektor subyektləri - sahibkarlar sövqi-təbii nepotizmidən - qohumbazlıqdan uzaqlaşır. Yəni iqtisadiyyatın özəl sektorunda qohumbazlığın aradan qaldırılması üçün rəqabət mühitinin formalaşması vacibdir. İnhisarçılar isə öz şirkətlərinin inkişafına biganə yanaşdığından, onlarda qohumbazlıq daha çox inkişaf edir. İnhisarçıların rəqibi olmadığına görə onlar gəliri artırmaq üçün istədikləri vaxt qiyməti artırırlar. Ona görə də onlar inkişaf əsasında gəliri artırmaq barədə düşünmür. Rəqibi olmadığına görə onların keyfiyyətsiz, zay məhsul və yə xidmət qayğısı olmur. Ona görə də iş qabiliyyətli yadı yox, qabiliyyətsiz qohumları qəbul edir ki, onlar dolansın, çörək qazana bilsin. Belədə isə həm ixtisaslı kadrlar işsiz qalır, həm də bazara daha çox zay və keyfiyyətsiz mal və xidnət çıxarılır. Ən əsası, şirkətlər inkişafda maraqlı olmur.

Dövlət şirkətində və dövlət müəssisələrində isə nepotizmə daha münbit şərait var. Çünki dövlət şirkətini idarə edən menecer şirkəti özününkü saymır. Digər tərəfdən, əksər hallarda daha səmərəli idarəetmə üçün menecerə həvəzləndirici heç nə verilmir. O, standart maaş alır. İstənilən ölçüdə əmək haqqı bir müddətdən sonra uşçinin gözündən düşür, o, daha çox qazanmaq istəyir. Çıxış yolunu isə qohumlarını başına yığıb, korrupsiya labirinti yaratmaqda görür. Ona görə də dövlət şirkətlərinə menecer təyin edilməsi prosesi də dövlət qulluğuna qəbul prosesi kimi müsabiqə və müsahibələrlə həyata keçirilməlidir. Birinci növbədə menecer təyin edildiyi sahənin yüksək ixtisaslı mütəxəssisi olmalıdir. İkincisi, təyin edilən mütəxəssisin qarşısına hədəflər qoyulmalıdir ki, o hansı hədəfi vuranda nələrə nail olacaq, ona nə qədər mükafat veriləcək, maaşı nə qədər artacaq və s. Yəni dövlət şirkətinin rəhbəri maraqlı olmalıdir ki, idarə etdiyi şirkət inkişaf etsin. Marağın təmin edilməsi inzibati nəzarətdən daha üstün olmalıdir. Çünki inzibati nəzarəti həyata keçirən orqanın əməkdaşını da ələ almaq olar. Amma böyük məbləğdə mükafatdan heç kim vaz keçməz.

Onu da qeyd edək ki, hazırda dövlət qulluğu sferasında aşağı vəzifələrə qəbul DİM-in müsabiqələri və müsahibələri vasitəsi ilə həyata keçirilir. Son illər minlərlə yüksək ixtisaslı mütəxəssis dövlət qulluğuna qəbul edilib. Həmin mütəxəssislər dövlət idarələrində idarəetmənin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verməkdədir.

Hesab edirik ki, nazirlar, komitə sədrləri, idarə rəisləri, departament direktorları və digər rəhbər şəxslər, o cümlədən də dövlət şirkətlərinin rəhbərləri bu üsulla işə qəbul edilməlidir. Lakin hazırda dövlət qulluqçularının səmərəliliyi artırmağa stimullaşdirilmasi sustemi çox zəif qurulub. Stimullaşdırma sistemi gücləndirilməsə bir müddətdən sonra həmin kadrlar da yerində sayaraq, əlavə gəlir mənbələri axtarmağa məcbur olacaqlar.

Digər bir məsələ ondan ibarətdir ki, iqtisadiyyatda inhisarçılığı aradan qaldirmaqla bərabər, dövlət strukturları azaldılmalıdir. Dövlət kiçildilməlidir ki, onun məşğul olduğu iqtusadi sahələrlə özəl şirkətlər məşğul olsun və təbii olaraq səmərəliliyi və keyfiyyəti artırsın. Çünki istənilən ölkədə dövlət müəssisələrində və idarələrində daha çox qohumbazlıq, korrupsiya və rüşvətxorluq izlənilir, nəinki özəl sektorda. Hətta ABŞ-də belə hər il dövlət müəssisələrində minlərlə məmur korrupsiya, rüşvət və qohumbazlıq zəminində cəzalandırılır. Bu o deməkdir ki, belə halları azaltmaq üçün dövlət idarəçiliyi kiçikdilməli, onun yerini özəl sektor tutmalıdür. Əlbəttə, bir şərtlə ki, inhisarçılıq aradan qaldırılsın.

Konkret fakta gəldikdə, yeni rəhbər öz qohumlarına iş yeri düzəltmək üçun "qara piar" kampaniyasına başlayıb. Nəticə heç də işin xeyirinə olmayacaq, əvvəlki rəhbərin hərəkətləri təkrarlanacaq.

Baki-xeber.com

Akif NƏSİRLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
olaylar.az

1Sources