EN

Ukraynanın gələcək taleyini onıar təyin edəcək

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin gələcəyinin həllində iştirak etməyəcək.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Alabama ştatından olan Respublikaçı senator Tommi Taberville deyib. 

Onun sözlərinə görə, Rusiya, ABŞ və bizim tərəfimizdə olan liderlər bu məsələdə həlledici rol oynayacaqlar:

"Zelenski sərt oynayacaq, amma bilirsinizmi? O, heç oyunda da deyil. Ukraynanın gələcəyi ilə bağlı qərarı Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və bizim tərəfimizdəki insanlar verəcəklər". 

Bundan əlavə, ABŞ senatoru əlavə edib ki, Avropa İttifaqı və Zelenski Ukrayna münaqişəsində Tramp administrasiyası ilə eyni komandada deyil. Onlar, Tabervilin fikrincə, hərbi əməliyyatların davam etdirilməsində maraqlıdırlar.

Chosen
36
soz.az

1Sources